22.8 C
Bakı
10 İyun 2026 02:25
DünyaSiyasət

Zelenski: “Putinlə Moskvada heç vaxt görüşməyəcəyəm!”

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşün yalnız Avropanın neytral ölkələrində keçirilə biləcəyini bildirib.

Tacxeber.com xəbər verir ki, O, bu məqsədlə İsveçrə, Avstriya və Türkiyənin uyğun variant ola biləcəyini vurğulayıb.

“Çünki müharibə Ukraynada və Avropa qitəsində gedir. Biz belə variantlarla razıyıq. Türkiyə – NATO ölkəsi, Avropanın bir hissəsidir və biz etiraz etmirik. Şərtsiz görüş Ukrayna tərəfinin proaktiv mövqeyidir. Amma Moskvada görüş ola bilməz”, – deyə Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Macarıstanda mümkün görüş məsələsinə gəlincə, Ukrayna lideri bu variantı “asan olmayan” seçim adlandırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Meloni İtaliyanın İLK QADIN Baş naziri kimi and içdi

redaktor

Zelenski: Ukrayna və ABŞ “silah ticarəti üzrə megasaziş” üzərində işləyir

redaktor

Cavanşir Paşazadə: “Dünya Ramazan bayramını qeyd edəndə İran ya bir gün əvvəl, ya da sonra qeyd edir”

redaktor