CəmiyyətGündəmİqtisadiyyatŞikayət

Danışan rəqəmlər – bu gün sosial fəlakətlə üz-üzədir.

“Müharibədən sonra hər şey yaxşı olacaq” deyilən ölkə bu gün sosial fəlakətlə üz-üzədir.
Azərbaycan xalqının böyük əksəriyyəti sadəcə, həyatda qalmaq üçün mübarizə aparır.
Bu rəqəmlərə baxmaq kifayətdir ki, Azərbaycan xalqının hansı sosial-iqtisadi uçurumun astanasında dayandığını aydın görəsən.
İndi siz düşünün: ümumiyyətlə, heç bir gəliri olmayan minlərlə, yüzminlərlə insan var ki, heç bu statistikaya düşməyib.
Uşaqpulu verilməyən, iş yerləri olmayan, ərzaq və dərman qiymətlərinin, kommunal və xidmət sektorunun, təhsil, səhiyyə, bazar qiymətlərinin od-alov kimi əl yandıran xərclərinin altında əzilən xalqın sosial-psixoloji durumu hansı vəziyyətdədir, bunu deşünmək özü belə adamı qorxudur.
Günbəgün dərinləşən yoxsulluq insanların həm psixoloji, həm də sosial vəziyyətini getdikcə dalana dirəyir.
Hər gün yeni bahalaşma xəbərləri, sabahını düşünə bilməyən cəmiyyət, günü-gündən varlanan bir qrup adamın getdicə xalqın bütün haqq və hüquqlarını qəsb etməsi Azərbaycanı sonu görünməyən böyük fəlakətə sürükləyir.
Dayanmaq, nəfis nəfəsi dərmək, düşünmək lazımdır. Bu gün, müasir dünyada quldarlıq üsul idarəsi ilə bir xalqı idarə etmək olmaz sonuna qədər.
Xalq qorxudan susanda, heç bir müqavimət göstərməyəndə, hər dəfə daha sərt qayda-qanunlarla sınanda bu o demək deyil, bu həmişə belə davam edəcək.

Azərbaycanda sosial-iqtisadi, sosial-psixoloji vəziyyət çox pisdir. Bunu səmimi şəkildə anlamaq üçün sosial medianı ağıllıca incələmək bəs edir.

 

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya iqtisadiiyatı sürətlə eniş edir.

redaktor

“Onların da arasında homoseksuallar var” – Rasim Balayev

redaktor

Çində hərbi çevriliş baş verb ?

admin