DünyaSiyasət

“Ukraynanın uğuru ABŞ-ın uğurudur” – Bessent silah satışından danışdı

ABŞ Avropa ölkələrinə satdığı və daha sonra Ukraynaya ötürülən silah üzərində 10%-lik əlavə gəlir əldə edir. Bu barədə ABŞ maliyyə naziri Skott Bessent Fox News telekanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu əlavə gəlir ABŞ-ın Ukraynaya mümkün hərbi dəstəyi üçün xərclərin müəyyən hissəsini qarşılaya bilər:

“Biz silahı avropalılara satırıq, onlar isə onu ukraynalılara ötürür. ABŞ isə silah satışına 10% əlavə qiymət qoyur. Ola bilsin ki, bu 10% hava dəstəyi ilə bağlı mümkün xərcləri qarşılaya bilər”.

Bessent həmçinin vurğulayıb ki, ABŞ və Ukrayna arasında müharibədən sonra həyata keçiriləcək strateji əməkdaşlıq mövcuddur. Onun sözlərinə görə, bu tərəfdaşlıq xüsusilə yeraltı sərvətlər sahəsində özünü göstərəcək.

Nazir əlavə edib ki, Ukraynanın uğuru ABŞ üçün də mühüm əhəmiyyət daşıyır:

“Ukraynada hər şey yaxşı olacaqsa, ABŞ-da da hər şey yaxşı olacaq”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan Almaniya prezidentinə: İsrailin Fələstinə hücumlarına son qoyulmalıdır

redaktor

İran İsrailin uğurlu “Mossad əməliyyatı” ilə bağlı xəbərlərini təkzib etdi

admin

Çeçenistanda polis binası vuruldu, Kadırov QİSAS alacağına söz verdi

redaktor