DünyaMuharibəSiyasət

“Azərbaycanlı-erməni konflikti”ndə də iştirak edən “iribuynuzlu” Rusiya hərbçisi Ukraynada zərərsizləşdirib.

Rusiya Silahlı Qüvvələrinin Leninqrad hərbi dairəsinin komandan müavini, general Əsədulla Abaçevə qarşı Ukrayna ordusunun keçirdiyi əməliyyatın videosu yayılıb.

Əməliyyat avqustun 16-da Rusiyanın Kursk vilayəti ərazisində keçirilib. Ukrayna dronlarının zərbələri nəticəsində “Rusiya qəhrəmanı”, general-leytenant Əsədulla Əbdülmömin oğlu Abaçev ağır yaralanıb. Onun əli və ayağı amputasiya olunub.

Dağıstanlı Əsədulla Çeçenistan müharibəsində, 2008-ci ildə Gürcüstana qarşı müharibədə və Suriyadakı əməliyyatlarda iştirak edib. Rusiya mətbuatının məlumatında bu şəxsin “azərbaycanlı-erməni konflikti”ndə iştirakından da bəhs olunur. Lakin bunun nə vaxt, hansı şəkildə baş verdiyi açıqlanmır.

Beləliklə, Ukrayna daha bir “iribuynuzlu” Rusiya hərbçisini zərərsizləşdirib.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Zelenskini bu cür hədələdi, danışıqları pozdu

redaktor

Paşinyanın şok kəşfiyyat siyasəti – Nahapetyan sirləri açdı

redaktor

Rusiya ordusunun erməni zabitləri Ukraynada məhv edildi

redaktor