21 C
Bakı
20 Oktyabr 2026 14:35
DünyaSiyasət

ABŞ hesab edir ki, Ukraynanın təhlükəsizliyinə zəmanət Avropa tərəfindən ödənilməlidir

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Avropa tərəfindən təmin edilməli və ödənilməlidir.

“Ukraynalılar başa düşürlər ki, davamlı sülhə nail olmaq üçün onlara təhlükəsizlik təminatları lazımdır. Və onlar avropalılar tərəfindən təmin edilməli və ödənilməlidir”, – o qeyd edib.

Eyni zamanda, o, aydınlaşdırıb ki, ABŞ-ın zəmanəti mütləq Amerika qoşunlarının onun ərazisində yerləşdirilməsi demək deyil. “Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi heç də Amerika əsgərlərinin Ukrayna ərazisində olması demək deyil.

Nəhayət, o dedi ki, buna prezident Donald Tramp qərar verəcək. “Bunun çoxu komandanlıq və koordinasiya ilə bağlı ola bilər. Bunun mütləq Amerika qoşunları olması şərt deyil, lakin eyni zamanda aydındır ki, Ukrayna və Avropa ölkələri ABŞ-ın bir növ iştirakını görmək istəyirlər”, – Whitaker Fox News-a deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor

Savaş böyüyəcək…

redaktor