CəmiyyətDigərGündəmİqtisadiyyat

Növbəti deputat yalanı.

TV Müsavat” Youtube kanalında çıxış edən deputat Elman Nəsirov iddia edib ki, Azərbaycanın ÜDM-nin formalaşmasında neft-qaz və qeyri neft-qaz sektorlarının nisbəti 51-49 faizdir.

Tacxeber.com xəbər verir ki, ”Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

 İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda 123,0 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib – 63,1%-i qeyri neft-qaz sektoru olub.

2024-cü ildə isə Azərbaycanda 126,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub – 68%-i qeyri-neft-qaz sektorunun payına düşüb.

Son iki ildə ÜDM-də qeyri neft-qaz sektorunun payı 63,1 və 68 faiz olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Elman Nəsirovun səsləndirdiyi iddia yanlışdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

İran böyük dəyişikliklərin astanasındadır

redaktor

Biznesi boğan sistem, iqtisadiyyatı da boğur

redaktor

Vətəndaşın nəfəsi də vergiyə düşəcək

redaktor