27 C
Bakı
17 Avqust 2025 12:45
DünyaSiyasət

Makrondan SƏRT AÇIQLAMA: Rusiya son 30 ilin…

“Son onilliklər ərzində Rusiyada öhdəliklərini yerinə yetirməmək tendensiyası yer alıb”.

Tacxeber.comxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində Rusiya və ABŞ liderlərinin Rusiya-Ukrayna müharibəsinin həlli üzrə Ankoric görüşünün nəticələrini şərh edərkən yazıb.

O, paylaşımda Alyaska sammitindən sonra ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və avropalı tərəfdaşlarla bugünkü koordinasiya görüşünü şərh edib.

“Son 30 ilin bütün dərslərini, xüsusən Rusiyanın öz öhdəliklərini yerinə yetirməmək meylindən öyrənmək vacib olacaq”, – Makron qeyd edib.

Makron qeyd edib ki, Ukraynada sülh sarsılmaz təhlükəsizlik təminatları tələb edir, bunun inkişafı üçün “İstəklilər Koalisiyası” avqustun 17-də ABŞ-nin iştirakı ilə onlayn formatda təcili toplantı keçirəcək.

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Emmanuel Makron sədrlik edəcək. Müzakirə zamanı Rusiya-Ukrayna müharibəsində sülhün bərqərar olması ilə bağlı müzakirələrdə növbəti addımlar müzakirə ediləcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

İvanişvili biabırçılıq etdi, üzr istəməlidir.

admin

Deputat canlı yayımdakı hərəkətinə görə cərimə olundu – Video

redaktor

Dünyanın ən maraqlı və qorxulu genetik pozğunluqları

admin