28 C
Bakı
16 Avqust 2025 19:24
DünyaSiyasət

Rusiya yeni HÜCUMA HAZIRLAŞIR: Zelenskidən TƏCİLİ AÇIQLAMA – FOTOLAR

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun yaxın günlərdə hücumları intensivləşdirə biləcəyini bildirib.

Bu barədə o, “Telegram” kanalında paylaşım edib.

“Yaxın günlərdə Rusiya ordusu daha əlverişli siyasi şərait yaratmaq üçün təzyiqləri artırmağa və Ukraynanın mövqelərinə zərbələr endirməyə cəhd edə bilər. Biz rus qoşunlarının hərəkətlərini, hazırlıqlarını qeydə alırıq. Əlbəttə ki, biz buna qarşı çıxacağıq”, – deyə Zelenski “Telegram”da yazıb.

Bununla yanaşı, Ukrayna ordusunun “Dnepr” Operativ-Strateji Qruplaşması məlumat yayıb ki, rus qoşunları Dobropilya istiqamətində Popov Yarını, Severski istiqamətində isə İvano-Daryevkanı ələ keçiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

Ruslar 93 ukraynalı əsiri edam etdilər

redaktor

Kadırov hədələdi: “Bunu ona bağışlamayacam”

admin

Laçın dəhlizi BAĞLANMIR, İrəvanın Qarabağ sərsəmliyi DAVAM EDİR və s. – Mövcud SİTUASİYA

admin