20 C
Bakı
16 Avqust 2025 09:50
DünyaMuharibəSiyasət

Qərbin hədəfi Rusiyanın strateji yorulmasına hesablanmışdı, reallıqda isə Ukrayna strateji olaraq zəifləyib.

Trump-Putin danışığı hətta artıq Trump Putinə qarşı olsaydı belə Ukraynanın xeyrinə nəticələnə bilməz.

Hazırda Rusiya–Ukrayna müharibəsinin gedişatı tamamilə klassik “resurs müharibəsi” mərhələsinə çevrilib. İlk mərhələdə Qərbin strateji hesablaması Rusiyanın iqtisadi, hərbi və texnoloji resurslarını sanksiyalar, diplomatik təcrid və davamlı döyüş itkiləri ilə tükəndirmək idi. Bu yanaşma, xüsusilə 2022–2023-cü illərdə tətbiq olunan “maksimum təzyiq” siyasəti, Moskvanın savaş potensialının uzunmüddətli davamlılığını zəiflətməyə hesablanmışdı.

Lakin proses göstərdi ki, Rusiya həm daxili resurs bazasını səfərbər etmək, həm də Çin, Hindistan, İran kimi tərəfdaşlardan dolayı yolla texnologiya, silah və maliyyə dəstəyi təmin etmək bacarığına malikdir. Neft və qaz ixracının kənar bazarlara yönləndirilməsi, müdafiə sənayesinin tam hərbi rejimə keçməsi və ordunun sayca genişləndirilməsi bu resurs davamlılığını qorudu.

Buna qarşılıq, Qərbin dəstəyi ilə müharibəni aparan Ukrayna üçün vəziyyət fərqli istiqamətdə inkişaf edir. ABŞ və Avropa İttifaqında siyasi konsensusun zəifləməsi, hərbi yardım paketlərinin gecikməsi, silah-sursat ehtiyatlarının azalması və əhali səfərbərliyində yaşanan çətinliklər Kiyevin resurs üstünlüyünü aşındırır. Artıq açıq şəkildə görünür ki, uzunmüddətli “tükətmə strategiyası” Rusiyanın deyil, Ukraynanın imkanlarını daha tez sərhədə çatdırır.

Nəticədə müharibənin taleyi getdikcə cəbhə xəttindəki sürətli irəliləyişlərdən çox tərəflərin iqtisadi, demoqrafik və hərbi resursları davamlı şəkildə səfərbər etmək qabiliyyətinə bağlı hala gəlir. Bu isə Qərbin ilkin hədəfini, Rusiyanın strateji yorulmasını, reallıqda Ukraynanın strateji zəifləməsinə çevirmiş görünür.

Qərbin strategiyası, bəlkə də uğurlu ola bilərdi, amma qətiyyyətli, ardıcıl və uzun müddətli ola bilmədi.

 

Elman Fəttah

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə millisi havaya görə bu gün oyuna çıxmaya bilər.

admin

Məşhur müğənnidən ŞOK açıqlama – Yadplanetlilər dişlərimi oğurladılar

redaktor

Donald Trampdan xarici ölkə başçıları haqqında şok sözlər: – “arxamı” belə öpməyə hazırdırlar

redaktor