DünyaSiyasət

Tramp bu gün Lukaşenkoya zəng edib, daha 1300 siyasi məhbusun buraxılmasını müzakirə edib.

Özünün yazdığına görə, telefon zəngində məqsəd 16 məhbusu azadlığa buraxdığına görə Lukaşenkoya təşəkkür etmək olub. İyun ayında ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi, general Kelloqun Belarusa səfəri zamanı bir qrup siyasi məhbus, o cümlədən Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey azad edilib.

Tramp bildirir ki, bugünkü telefon danışığında daha 1300 siyasi məhbusun (o, paylaşımında sadəcə “məhbus” yazıb) buraxılmasını müzakirə edib. Bu rəqəm Belarusdakı siyasi məhbusların sayı ilə bağlı hüquq müdafiəçilərinin statistikasına (təxminən 1500 nəfər) yaxındır. Belə qənaətə gəlmək olar ki, ABŞ Belarusdakı bütün siyasi məhbusları buraxdırmağa çalışır.

Düşünürəm, yaxud ümid edirəm ki, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması ərəfəsində və ya ondan sonra bizim siyasi məhbuslar da azadlığa buraxıla bilər. Söhbət xüsusən jurnalistlər, hüquq müdafiəçiləri və siyasətçilərdən gedir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Deputat parlamentdəki iş otağında kameralara düşdü

redaktor

Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO

admin

Ukrayna üçün 10.000 nəfərlik sülhməramlı qüvvə yaradılır

redaktor