DünyaSiyasət

Livandan İrana xəbərdarlıq: “Daxili işlərimizə qarışmayın”

Livanın Baş naziri Navaf Salam İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşündə bəzi İran rəsmilərinin “Hizbullah”ın tərksilah olunması ilə bağlı fikirlərini kəskin tənqid edib.

“Azad İran” “Telegram” kanalı bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.

Baş nazir bildirib ki, bu cür bəyanatlar Livanın daxili işlərinə qarışmaqdır:

“Livan hökumətinin daxili siyasətlə bağlı qərarları heç bir ölkədə müzakirə obyekti ola bilməz. Livanın qərar qəbuletmə mərkəzi Nazirlər Şurasıdır və ölkədə qərarlar yalnız livanlılar tərəfindən verilir, heç kəsin himayəsi, yaxud diktəsi ilə qəbul olunmur”.

Qeyd edək ki, Livan Prezidenti Cozef Aun da Əli Laricani ilə görüşdə oxşar mövqe sərgiləyərək, ölkəsinin daxili işlərinə hər hansı müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Renaultdan Ukraynaya unikal dəstək…

redaktor

Süni intellekt Putinin oxşarlarının olmasını təsdiqlədi….-“The Sun”-FOTOLAR

admin

Atəşkəs məsələsində Kiyevə etibar etmək olmaz – Medvedev

redaktor