21 C
Bakı
14 Avqust 2025 09:31
CəmiyyətHadisəİqtisadiyyatQalmaqalSiyasət

Azərbaycan hökumətinin bacarıqsız iqtisadi komandası

Bu ilin, 2025-ci ilin yanvar-iyul aylarında:

– Azərbaycanda ÜDM cəmi 0,9% artıb,

– Gürcüstanda ÜDM 8,6% artıb,

– Ermənistanda ÜDM 5,2% artıb

Adam yanıb-tökülür, Azərbaycan Dövləti və Xalqı möhtəşəm hərbi qələbə qazandı, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyi bacaran yeganə post-sovet respublikasıdır, rəsmi Bakı gözəl diplomatik gedişlərlə məmləkət üçün işlək “təhlükəsizlik çətiri” qurdu. Prezident Əliyev bu günlərdə Vaşinqtonda imzalanan sənədlərin əsas müəllifi, o görüntünün əsas təşkilatçısı kimi böyük işlər gördü – amma, iqtisadiyyatımız ağır duruma düşür.

Hökumətin bacarıqsız iqtisadi komandası iqtisadyyatdakı problemləri görmür, görmək istəmir, ciddi islahatlardan qaçır, nəticədə iqtisadi aktivlik zəifləyir, insanların real gəlirləri azalır, inflyasiya, qiymətlər isə kəskin artır. ÜDM-in 0,9% artımı, əslində ressesiyadır, belə artım olmur, 0,9% inflyasiyanın gətirdiyi multiplikativ effekdir.

Bu Xalq belə iqtisadi mənzərəyə, bu gedişata layiq deyil axı!

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski amerikalı senatorlar qarşısında çıxışını son anda ləğv etdi.

admin

Naxşıvanda daha bir yüksək vəzifəli məmur həbs edildi – Fantastik yeyinti

redaktor

İranda ən çox qorunan şəxslərdən birinin qətli xüsusi xidmət orqanlarının rüsvayçı uğursuzluğu kimi qiymətləndirildi.

admin