Daha öncə Xaçmaz rayon sakinləri və bir neçə təsərüfatçı tərəfindən Tacxeber.com-a “M Bulak bank olmayan kredit təşkilatı”nın özbaşnalıqları haqqında ciddi məlumatlar daxil olmuşdu. Bu haqda daha öncə “M Bulak bank olmayan kredit təşkilatı”nın Xaçmaz rayonunda olan filialının rəhbəri Rəşad Cavadovun özbaşnalıqları haqqında geniş məlumatlar verilmişdik. Hətta, yazıda Xaçmazda Bank müdiri 50 % kredit sayəsində saxladığı məşuqəyə görə döyüldüyü də qeyd olunmuşdu.
Lakin bu xəbərdən sonra redakiyamıza mövzu ilə bağlın müxtəlif şikayətlər daxil olmaqdadır. Çox saylı müraciətlərdə qeyd olunur ki, «M Bulak Bank Olmayan Kredit Təşkilatı» rüşvət müqabilində saxta arayışlarla əhaliyə yüksək faizlərlə kredit verir.
Xaçmaz sakinləri qeyd edir ki, “M Bulak”ın Xaçmaz filianın rəhbəri Rəşad Cavadov kredit üçün müraciət edən vətəndaşları bələdiyyə və icra nümyəndəliklərinə yönəltməklə həmiin təşkilatlardan arayış alınmasını və həmin arayışlar əsasında kredit ayrıa biləcəyini vəd edir. Vətəndaş bələdiyyə və icra nümayəndəsindən qanuni əsası olmayan arayışın alınması üçün 20-50 manat civarında rüşvət verərərk arayışı alır və kredit təşkilatına təqdim edir. Kredit təşkilatı arayışı aldıqdan sonra, komissya haqqı adı altında dəyişən məbləğlər əsasında 2 -3 % əlavə məbləğ alır. Məsələdən aydın olur ki, bank olmayan kredit təkilatı əməkdaşı bu arayışları verən İcra hakimiyyəti və bələdiyyə əməkdaşları ilə “iş birliyindədirlər”. Bu kimi hallar vətəndaşların hüquqların kobudcasına pozulmasına deməkdir.
Tacxeber.com-a «M Bulak Bank Olmayan Kredit Təşkilatı»nın yalnız Xaçmazda deyil digər bölgələrdə də müxtəlif maxinatsiyalar ediyi haqqında məlumatlar daxil olmaqdadır. Bu kredit təşkilatının Quba rayon filianında qanunsuz şəkildə vətəndaşların adına kreditlər rəsmiləşdirilməsi haqqında məlumatlar əldə etmişik . Həmçinin “M bulak”ın Şəmkir rayonun Zəyəm kəndində 2 000 000 (iki milyon) manatlıq maxinatsiyasında söz etmək olar. Oxşar hadisələr Tərtər və Cəlilabad rayonlarında müşahidə olunmaqdadır. Bank omayan kredit təşkilatın siyasəti nəticəsində vətəndaşlar aldadılaraq, yüksək faizlə kredit verilməklə istehlaklçıların öhdəlik qabiliyyəti təsir altına alır.
Bizə müraciət edən vətəndaşlar bildirirlər ki, bu təşkilatdan yüksək faizlə kredit almış və krediti vaxtlı-vaxtında ödəyə bilməyən vətəndaşlara bank əməkdaşları tərəfindən borcla bağlı zənglər edilir. Daha sonra isə kredit almış vətəndaşın yaxın qohumlarına zənglər edilərək krediti qaytarılması tələb edilir. Bu azmış kimi vətəndaşın iş yerinə də zəng edilir, bir çox hallarda bu da vətəndaşın işdən qovulması ilə nəticələnir.
Təbii ki, bu kimi hallar kredit müqaviləsində əks olunmur. Belə hallar müştərilərin məlumatlarını başqaları ilə paylaşılması deməkdir. Hətta bu azmış kimi bəzi hallarda vətəndaşa qarşı borcla əlaqədar fiziki zorakılıqlar da göstərildiyi bildirlir. Yuxarıda göstərilən iddilardan görünür ki, “M Bulak bank olmayan kredit təşkilatı” Azərbaycanda vətəndaşların hüquqları pozulmasını əsaslandıran ciddi arqumentlər mövcuddur. Maraqlıdır ki, əhaliyə verilmiş yüksək faizli kreditlər, kredit faizinə görə əlavə rüşvətlər və şapkalar kimlərin cibinə axır? Görəsən ölkədə yüksək faizlə verilmiş kreditlərə Mərkəzi Bank (MB) necə nəzarət edir?
MB bank olmayan kredit təşkilatlarının yoxlanmasını aparmır. Bank təşkilatı olmadığına görə maliyə və nəzarət palatası yüksək faizlərin verilməsinə müdaxilə edə bilmir. Yalnız mərkəzləşdirlmiş qaydada Mərkəzi Banka rəqəmlər verilir.
Eyni zamanda bu bank olmayan kredit təşkilatlarının filial müdirləri müxtəlif maxinatsiyalar etməklə əhalidən əldə edilmiş rüşvət və şapkalar sayəsində dəbdəbəli həyat sürürlər. Azərbaycanın bir sıra bölgələrində filial müdirlərin etdiyi maliyə saxtakarlığından, “M Bulak”ın Xaçmaz filialının müdiri Rəşad Cavadov da geri qalmır. Rəşad Cavadovun bank olmayan kredit təşkilatından əldə etdiyi pullar sayəsində, təşkilatın əməkdaşını özünə məşquə etməklə, dəbdəbəli həyat vəd edib. Rəşad Cavadovun məşuqəsi üçün alacağı ev və artıq aldığı avtobilin yuxarıda göstərilən iddiaların təsdiqi tapılmasını əsas kimi göstərmək olar. Rəşad Cavadov öz komandası ilə məşuqəsinin keçmiş sevgilisinin yaşadığı evə basqın edilməsi və Xaçmaz rayon polis şöbəsi həmin hadisəni gizlədilməsi bir sıra suallar yaradır.
Qeyd edək ki, «M Bulak Bank Olmayan Kredit Təşkilatı» sahibi Qırğızıstan əsilli Badur adlı sahibkardır. Qırğızıstanın mikromaliyyə investoru olan Badur Şimali Kiprdə qeydiyyatdan keçmiş “Gascoyne Investments Limited” şirkətinin 100% sahibdir. O, eyni zamanda Qırğızıstanda prezidentliyə namizədliyini də irəli sürüb. Adam Azərbaycan vətəndaşlarından yığdığı faizlər hesabına prezidentliyə namizəd təbliğatını aparmaqla prezident olmaq arzusundadır. Əldə etdiyimiz məlumata əsasən Baburun sahibi olduğu “M Bulak”ın Azərbaycan filialına onun qardaşı və yaxın qohumları rəhbərlik edirlər.
Vətəndaşların müraciətini nəzərə alaraq araşdırmalar davam edir. Hadisəni diqqətdə saxlayaraq mövzuya qayıdacağıq.
Eyni zamanda mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.