DünyaSiyasət

Azərbaycan mallarına qarşı Rusiyadan gərgin siqnallar — Nələr baş verəcək?

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyib. O, bu fikri özünün Telegram kanalında yayımladığı videomüraciətdə səsləndirib.

Qurulevin sözlərinə görə, Bakının Ukraynaya humanitar yardım göndərməsi belə addım üçün əsas ola bilər:
“Əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək”, — deyə deputat bildirib.

O həmçinin əlavə edib ki, Azərbaycan kimi böyük qonşu ilə münasibətləri korlamaq düzgün deyil və lazım gələrsə, Rusiyada fəaliyyət göstərən azərbaycanlı sahibkarlara qarşı da tədbirlər görülə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Pekin səfərinin pərdəarxası: Lukaşenko çıxış yolu axtarır

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor

“Krım konsensusu” və kollektiv məsuliyyət

redaktor