29 C
Bakı
13 Avqust 2025 11:31
DünyaSiyasət

Pezeşkian Zəngəzur dəhlizi məsələsində Xamneyiyə qarşı çıxır

İran prezidenti Məsud Pezeşkian sosial şəbəkələrdə Zəngəzur dəhlizi ilə bağlı yayılan fərziyyələrə münasibət bildirib.

“Xəbərlərdə o qədər də şişirdilmiş deyil. İslam Respublikasının bu marşrutla bağlı tələbləri nəzərə alınıb”, – o deyib.

ABŞ-ın bölgədəki mövcudluğu ilə bağlı suala Pezeşkian deyib ki, bu, yalnız bir amildir. O bildiribki, Tehran üçün vacib olan ərazi bütövlüyü və Avropaya və ya şimala sərbəst marşrut məsələsi də nəzərə alınıb.

“Yeganə narahatçılıq odur ki, bu yolu Amerika və Ermənistan şirkətləri çəkəcək”, – prezident əlavə edib.

Xatırladaqki, bir gün əvvəl Xamneyinin müşaviri Əli Vilayəti ABŞ-ın dəstəklədiyi Zəngəzur dəhlizini “bağılamağa” söz vermişdi – “Rusiya ilə və ya Rusiyasız”. O, layihəni Ermənistanın ərazi bütövlüyünə və regionun təhlükəsizliyinə təhdid adlandırıb, Trampın “icarəyə götürmə” ideyasını Panama kanalı ilə müqayisə edib və bu dəhlizin “Trampın muzdluları” üçün məzarlığa çevriləcəyi ilə hədələyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

NATO-dan şok etiraf: Polşaya düşən raketlər Ukraynanındır

admin

Priqojin sükutu pozdu: “Tezliklə görəcəksiniz…”

redaktor

Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir?

redaktor