22.8 C
Bakı
09 İyun 2026 23:57
Dünyaİqtisadiyyat

Azərbaycan, ABŞ və Ermənistan Rusiya və İranı geridə qoyacaq

ABŞ administrasiyası Ermənistan və Azərbaycan arasında Vaşinqtonun vasitəçiliyi ilə yeni nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan saziş nəticəsində Rusiya və İranın itkilərə məruz qalacağına ümid edir.

Bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün keçirdiyi xüsusi brifinqdə məlumat verib.

O, Asiya ilə Avropa arasında mühüm ticarət axınının əsasən Rusiya və İrandan keçdiyini və Ermənistan-Azərbaycan sazişindən sonra regionun bu tranzitdə əhəmiyyətinin artacağını bildirib. “Prezident Tramp siyasəti mənzərədən kənarlaşdırdı və sağlam düşüncənin qalib gəlməsinə imkan verdi. Bu, Amerika biznesi və düzünü desək, Avropada enerji təchizatı üçün çox böyük olacaq. Burada uduzan tərəflər Rusiya və İrandır”.

“Bunun göndərdiyi siqnala baxsanız, dünyanın yeganə fövqəldövləti özünü dünyanın yeganə super gücü kimi aparır” deyən ABŞ rəsmisi Rusiyanın bölgədəki sülhməramlı səylərini də şübhə altına aldı.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Qərb kəşfiyyatı”: 48 saata müharibə başlayır!

redaktor

Tramp prezident seçilsə NATO parçalana, Avropa birliyi öz hərbi birliyini yarada bilər.

admin

Nigeriyada daşqınlar 281 məhbusun qaçmasına SƏBƏB OLDU – VİDEO

redaktor