Hər zaman yazdim.
Nə Rusiya nə ABD. İkisinin də siyasəti eynidir. Ermənistan vasitəsilə Qafqazi nəzarət altina salmaq.
Qafqaz kimin nəzarətində qalirsa, Türkiyə, İran, Türküstan da onun nəzarətinə keçir.
Həm ABD, həm Rusiya Qafqaz və Türkiyədə böyük Ermənistan qurmaği hədəfləyən ölkələrdir.
Tramp yolu ideyasini, Zəngəzurun 99 il ABŞ tərəfindən nəzarətə götürülməsini qəbul etmək mümkün deyil.
Biz nəyi itirdik?
Biz Zəngəzur bölgəmizi itirdik. Fürsətdən istifadə edib Zəngəzuru Azərbaycana birləşdirilməli idik. Zəngəzuru almamış sülh müqaviləsi bağlanmamaliydi. Zəngəzurun Azərbaycan torpaği olmasi haqqinda bütün dünyada rəy formalaşdirmali idik. Olmadi. Zəngəzur Ermənistana qaldi.
Sülh müqaviləsində qazanan tərəf Ermənistan- ABD oldu. İki köhnə strateji müttəfiq qazandi. Ermənistanin torpaği yenə də 29, 8 min kv.km qaldi.
Halbu ki, biz deyirdik ki, Ermənistan- Azərbaycan arasindaki sülh müqaviləsi Batum konfransinin sənədləri əsas alinaraq bağlanmalidir. 1918- ci il xəritəsi əsas alinmalidir.
Olmadi. Azərbaycan tərəfi bunu etmədi. İndi 1990- ci illərin sərhədləri və xəritəsi əsas alinir. Çox təəssüf. Çox təəssüf.
Ermənilər Qarabaği itirsələr də, Zəngəzuru qazandilar, düz yüz il Zəngəzurdan danişa bilməyəcəyik…
Zəngəzur Azərbaycan torpağidir, Azərbaycana birləşdirilməli.idi. Zəngəzur dəhlizi də Azərbaycandan keçəcəkdi. Bölgədə də nə Amerika olacaqdi nə də Rusiya. Bax ona deyərdim uğur.
İndi uğurdan danişa bilmirem.
Ermənistan qazandi. Zəngəzuru Ermənistanin tərkibində saxlayaraq sülh müqaviləsi bağlamaqla böyük uğur qazandi.
ABD- nin 100 il Cənubi Qafqazda qalmasi ilə də bölgəmiz
ABD
Rusiya
Çin
İran geosiyasi qarşidurmalarinin mərkəzinə çevriləcək.
Türkiyənin Türküstan və Qafqaz üzərindən inteqrasiyasi, TDT- nin gələcəyi də 100 il ABD nəzarətinə düşdü.
Rusiya getdi, ABD gəldi. Rus imperializmindən qurtulduq, ABD imperializminin nəzarətinə düşdük.
Olmadi bu iş.
ABD- nin Zəngəzur dəhlizini qoruyacaq min nəfərlik ” sülhməramli” kontingentini də mən Hindistani işğal etmiş Şərqi Hindistan Şirkətinə bənzədirəm. Onlar dəhlizi qoruyan güc yox, zamanla bir işğalçi orduya çevrilə bilərlər.
İran, Azərbaycan, Türkiyə coğrafiyalarini birləşdirən bir mərkəzdə- Türk dünyasinin qəlbində ABD -nin yerləşməsi Türk dünyasinin 100 il geri düşməsi, parçalanmasinin dərinləşməsi, ABD nəzarətinə keçməsi, Ermənistanin isə gücləndirilməsi deməkdir.
Türkiyənin çevrələnməsi deməkdir.
Türkiyə içəridən və xaricdən ABD tərəfindən tam çevrələnib nəzarətə götürülübsə, müstəqil dövlət siyasəti yeridə biləcəkmi?
ABD bölgəmizdə hansi siyasəti yeridir?
Türkiyəni yeni Osmanliçiliq və İslam ideyasi adi altinda Türk millətinin əlindən alir.
Suriyada, İraqda, Türkiyədə Kürdustan qurur
Zəngəzurda da yerləşərək Türkiyə- Azərbaycan- Türküstan birliyinə nəzarət edərək Türk dünyasinin inteqrasiyasini əngəlləyəcəkdir.
Türkiyə- Azərbaycan konfederasyonu necə olacaq bəs?
Gümrüdə Rusiyanin 102 hərbi bazasi, Zəngəzurda da “Tramp yolu” nu qoruyan ABD “sülhməramlilari”. İki qarşi duran gücün savaş mərkəzinə çevrilirik.
Coğrafiyamizda gec- tez partlayacaq 100 illik mina qoyuldu.
Hani burda Uğur?
Nəyə sevinirsiniz?
Zəngəzurun bundan sonra da 100 il Ermənilərdə qalmasina? Ermənistanin 29,8 min kv.km Azərbaycan torpağini qəsb etməsinə? Azərbaycanin sülh müqaviləsi ilə bunu yenidən təsdiq etməsinə?
Azərbaycan xalqi hardadir, niyə meydanlara tökülüb bu sülh müqaviləsini protesto etmir. Niyə etiraz etmir, Ermənilərdən öz tarixi torpaqlarini tələb etmir.
Xalqi əzib siyasətdən uzaqlaşdiranda, siyasi iradəsini əzəndə sonuc belə olur. Bu gun Xalq öz torpağina, gələcəyinə sahib çixmaq üçün aktiv olmaliydi, ortaya iradə qoymaliydi. Olmadi. Yoxdur.
Qarabağ 30 il Erməni işğalinda qaldi, Zəngəzur da 100 ildir işgal altindadir. Bundan sonra da 100 il də işğal altinda qalacaq.
ABD – nin 1 dünya savaşi zamanlarinda Türkiyədə Kürdüstan və Ermənistan yaratmaq stratejilərini də yaddan çixartmayaq. Bu siyasət bu gün də davam etdirilir.
İran və Qafqaz, Orta doğu 200 ildir ki, Rusiya və İngiltərə arasinda nüfuz dairəsinə bölünmüşdür. Bu bölgədə dəyişən bir şey yoxdur. Anqlo saksonlar zəifləyəndə Rusiya, Rusiya zəifləyəndə Anqlosaleonlar qazanir…