CəmiyyətDünya

Manikür ustaları və vizajistlər öz bacarıqlarını təsdiq edə biləcəklər

Azərbaycanda qeyri-rəsmi bacarıqlar rəsmən tanınmağa başlayıb, insanlara təhsil sənədi — sertifikat əldə etmək imkanı verilib. Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən əvvəllər nəzəri hissədən müvəffəqiyyətlə keçmiş abituriyentlər üçün “Dərzi” və “Bərbər-vizajist-manikürcü” ixtisasları üzrə praktiki imtahan keçirilib. İmtahana qeyri-rəsmi, yəni rəsmi hazırlıq keçmədən bu peşələr üzrə bilik və bacarıqlara yiyələnmiş şəxslər buraxılıblar.

Praktiki hissə Bakı Dövlət Mədəniyyət və Sənətkarlıq Peşəkar Təhsil Mərkəzində keçirilib. İmtahan komissiyasının tərkibinə Agentliyin, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri, ixtisaslaşdırılmış tədris mərkəzlərinin rəhbərləri və metodistləri, müstəqil ekspertlər daxil edilib. Sınaq imtahanlarından uğurla keçən şəxslər ilk peşə-ixtisas təhsili səviyyəsində təhsil haqqında şəhadətnaməyə bərabər olan rəsmi sənəd alacaqlar. Bu, onlara təhsillərini növbəti pillədə davam etdirmək və ya peşələri üzrə rəsmi işə başlamaq hüququ verəcək.

Təşkilatçılar bildiriblər ki, qeyri-rəsmi bacarıqların rəsmiləşdirilməsində məqsəd vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq, onların gəlir əldə etmək imkanlarını genişləndirmək, bu sahədə dövlət siyasətinə dəstək verməkdir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün “Zirə” “Kəpəz”ə, “Neftçi” “Sumqayıt”a qarşı

admin

Bacı-qardaş evliliyinə aparan YOL – Həkimlər süni mayalanmanı niyə TƏBLİĞ edirlər?

redaktor

“Qarabağ”ın Zaqreb “Dinamo”su ilə oyunlarının başlama saatlari bəlli oldu

admin