13 C
Bakı
04 Oktyabr 2026 01:10
DünyaMuharibəSiyasət

Netanyahu iddiaları doğruladı: Qəzzanın hamısını istəyirik

İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bütün Qəzzanı hərbi cəhətdən nəzarətdə saxlamaq istədiklərini, lakin sonradan onu müvəqqəti administrasiyaya təhvil verəcəklərini bildirib.

Tacxeber.com xəbər verir ki, Netanyahu başqa bir bəyanatında isə intensiv hücum və blokada altında olan Qəzza zolağının “ilhaq” etməyəcəklərini iddia edib.

Yerli KİV-in məlumatına görə, Netanyahu Qərbi Qüdsdəki baş nazirin ofisində bir qrup hindistanlı jurnalistlə görüşüb.

Jurnalistlərin suallarını cavablandıran Netanyahu bildirib ki, Qəzzaya hücumların məqsədi “HƏMAS-ın məhv edilməsi və bütün israilli məhbusların geri qaytarılmasıdır”.

Netanyahu İsrailin “Qəzzanı ilhaq etməyəcəyini” iddia etdi və “məqsədlərinə çatdıqdan sonra bölgəyə nəzarəti müvəqqəti idarəetmə orqanına verməyi planlaşdırdıqlarını” iddia etdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin Ukrayna məğlubiyyəti

redaktor

Zelenskinin açıqlaması Seulla gərginlik yaratdı: Cənubi Koreya “əlavə addımlar”la hədələdi

redaktor

Putinin “Valday” mesajı: Müharibə davam edəcək, dəhliz isə İrandan asılıdır

redaktor