17 C
Bakı
04 Oktyabr 2026 14:05
CəmiyyətDünya

Rusiya miqrantlara pulsuz təhsil qadağasını konstitusiyaya zidd elan edib

Miqrantların uşaqları üçün məktəblərdə pulsuz təhsilin qadağan edilməsi Rusiya Konstitusiyasına ziddir.

Bunu TASS-a müsahibəsində Təhsil Nazirliyinin dövlət ümumi təhsil siyasəti və məktəbəqədər təhsilin inkişafı departamentinin direktoru Aleksandr Reut bildirib.

O xatırladıb ki, ölkənin əsas qanununa görə əcnəbilərin də pulsuz təhsil hüququ var. “Bu, Rusiya Federasiyasının ərazisində olan bütün insanlar üçün ümumi hüquqdur. Ümumi təhsil baxımından pulsuzdur, orta ixtisas təhsili baxımından da, ali təhsil baxımından isə müsabiqə əsasında pulsuzdur”, – Reut vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan konsulluğu qarşısındakı aksiya: Özgür-Der kimdir?

redaktor

Qatı dindar imiş və qadınlara nifrət edirmiş

redaktor

Türkiyə mediası artıq sual verir: “Bu sözlər Türkiyəyəmi?”

redaktor