28 C
Bakı
12 Avqust 2025 21:17
DünyaSiyasət

Tramp Rusiyanı ABŞ üçün milli təhlükə adlandırdı

ABŞ prezidenti Donald Tramp Rusiyanı ölkəsinin milli təhlükəsizliyinə təhdid adlandırıb.

Bu barədə məlumat Ağ Evin rəsmi saytında dərc olunmuş prezident fərmanında yer alıb.

Sənəddə qeyd olunur ki, Tramp Hindistanın Rusiyadan neft almasına görə bu ölkədən idxal edilən mallara 25 faizlik gömrük rüsumu tətbiq olunması barədə qərar qəbul edib. Prezidentin sözlərinə görə, bu qərar Rusiyanın “Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmağa yönəlmiş səyləri” ilə bağlıdır.

“Rusiya hökumətinin fəaliyyəti və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə törətməyə davam edir”, – deyə sənəddə vurğulanır.

Qeyd edək ki, bundan əvvəl Tramp Hindistandan idxal olunan mallara əlavə 25 faizlik gömrük rüsumu tətbiq edilməsi barədə fərman imzalayıb.

Avqustun 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəsmi səfərlə Moskvaya gedib. O, Rusiya prezidenti Vladimir Putinlə görüşərək, Ukrayna böhranı və Rusiya–ABŞ strateji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

2025-ci ilin yanvarı dünyada ən isti ay kimi tarixə düşdü

admin

“Rubl ilə zərbə vurmaq alınmadı: Putin “qeyri-dost” ölkələrə qaza görə valyuta ilə ödəniş etməyə icazə verib

admin

Cənublu qardaşlarımıza demək istəyirəm ki…

redaktor