DünyaHadisəMaraqlıTexnologiya

İllik 1 mlrd. 500 mln. dollar maaş təklifindən imtina etdi.

The Wall Street Journal” (WSJ) nəşri yazır ki, Mark Zukerberq “OpenAI”da süni intellekt üzrə mühəndis Endrü Talloka, “Meta” şirkətinə keçmək üçün illik 1 mlrd. 500 mln. dollar maaş təklif edib – Endrü bəy də bu maaşdan imtina edərək, təklifi qəbul etməyib.

Zalım oğlu, daha nə qədər maaş istəyirsən ki?! )

Bu xəbər nədən diqqətimi çəkdi – onu da deyim: bizim hökumət İT sahəsini də, güya, prioritet elan edib, bəzi məmur və deputatlarla söhbət zamanı onlara başa salmağa çalışırdım ki, Azərbaycan bazarı İT üçün o qədər kiçik, maraqsız, start vəziyyəti o qədər geridədir ki, hətta bizdə çox gözəl mütəxəssis yetişsə belə, onu mütləq “oğurlayacaqlar”. Endrü bəy Avstraliya doğumlu və təhsillidir, hətta ordan belə yaxşı mütəxəssisi ABŞ alıb-aparır.

Stateji planlar quranda çoxşaxəli, çoxbucaqlı düşünməyə ehtiyac var…

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

AZAL təyyarəsinə görə sığortahaqqı ödəndi

redaktor

Trampın həyat yoldaşının heykəli oğurlandı

redaktor

Tramp on birinci dəfə baba oldu

redaktor