2 C
Bakı
11 Fevral 2026 14:06
DigərDünyaMaraqlıSağlamlıq

Hindistanlı qadının özünəməxsus qan qrupu var

Hindistanın cənubundakı Karnataka əyalətində dünyada ilk dəfə olaraq yeni antigenə malik unikal qan qrupu aşkar edilib. “The New Indian Express” xəbər verir ki, bu kəşf Kolar rayonundan olan 38 yaşlı xəstədə planlaşdırılmış ürək əməliyyatına hazırlıq zamanı edilib.

Qadının qan qrupunun ilkin olaraq ən çox görülən O Rh+ olduğu müəyyən edilib. Bununla belə, standart O-müsbət qan nümunələrinin heç biri transfuziya üçün uyğun deyildi.

Kolar Clinic cərrahı Ankit Mathurun sözlərinə görə, həkimlər xəstənin qanının “pan-reaktiv” olduğu qənaətinə gəliblər – bütün mövcud test nümunələri ilə uyğun gəlmir. Qadının 20 qohumu arasında donor tapa bilməyiblər.

Əməliyyat son nəticədə uğurlu və qanköçürmədən keçdi, lakin qeyri-adi klinik hadisə mütəxəssislərin diqqətini çəkdi. Nümunələr Bristoldakı (Böyük Britaniya) Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasına və Banqalordakı Qan Mərkəzinə göndərilib.

On aylıq molekulyar araşdırmadan sonra alimlər CRIB adlandırdıqları yeni antigenin mövcudluğunu təsdiqləyiblər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu qidaları ağzınıza vurmayın! – Orqanları çürüdür

redaktor

Altı BÜRCÜN güclü bir qoruyucu mələyi var: onlar kimlərdir?

redaktor

Bu ölkədə məmurlara “iPhone” istifadəsi qadağan edilə bilər

redaktor