CəmiyyətDünyaGündəm

Bunun başqa adı yoxdur, ölmək bizim hobbimizə çevrilib.

Qışda dəm qazından, yayda dənizdə, kanalda, 365 gün isə yol qəzalarında ölmək azərbaycanlıların hobbisidir.

Bunun başqa adı yoxdur, ölmək bizim hobbimizə çevrilib.

200 ildir ki, adamlara deyilir:

Dəm qazından ehtiyat edin, “ceyran peçi”dir, nə zibildir, ondan alıb evinizə qoşmayın.

Kimə deyirsən?

Payız girən kimi hamı qaçıb “ceyran peçi” alacaq, nə bilim, hamamda boğulub öləcək, yatdığı yerdə öləcək.

1700 ildir adamlara deyilir:

Dənizdə çox dərinə getməyin, qırmızı şarları keçməyin, gedib qırmızı şara dırmaşmayın, rayonlarda kanallara, su anbarlarına çimməyə girməyin.

Nə fayda?

Hava bir az isinən kimi hamı hardasa boğulur. Görən də elə biləcək Afrikada yaşayırıq, dözülməz istilərimiz var. Nə özünüzü aldadırsınız eee.

Hər gün deyilir, maşını ehtiyatla sürün, sürət həddini keçməyin, bir dəfə ilə heç nə olmaz deməyin, yenə eyni şey. Qocası da, cavanı da, yeniyetməsi də, hamısı özünü ağıldankəm kimi aparır.

 

Akif Məmmədov

Tacxeber.com

Oxşar xəbərlər

Kapitalizmin mərkəzində sosialist mer… – Şahin Cəfərli

admin

Azərbaycanda qohum evliliyi qadağan oluna bilər

redaktor

Dünyanın ən gözəl ölkəsi seçildi – “10-luq”da Türkiyə də var

redaktor