DünyaHadisəSiyasət

Azərbaycan Özbəkistan prezidentini təhqir edən şəxsi Özbəkistana təhvil verib

Azərbaycan Özbəkistan prezidentini təhqir etməkdə ittiham olunan şəxsi Daşkəndə ekstradisiya edib.

Bu barədə bu gün, iyulun 25-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda vurğulanır ki, Özbəkistanda prezidentin şərəf və ləyaqətini alçaltmaqda təqsirləndirilərək dövlətlərarası axtarışa verilmiş 1982-ci il təvəllüdlü Amonbek Yusupov bu ilin aprelində Azərbaycanda saxlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib: “”Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib”.

Bu qərara və ittihama A.Yusupovdan, onun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Özbəkistanda prezidentə təhqir və ya böhtan atmaq ittihamına görə məsuliyyəti müəyyən edən bənd ölkənin Cinayət Məcəlləsinə 2021-ci ilin martında salınıb. Bu maddə 3 ilədək islah işləri, azadlığın məhdudlaşdırılması və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xatırlatma

Ötən il Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Yerli və beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında həm Özbəkistanda, həm də Azərbaycanda siyasi məhbuslardan da bəhs edilir. ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının hesabatına görə, Özbəkistanda 2 min dini və siyasi məhbus var. Azərbaycanda isə siyasi məhbusların sayı 270 civarında göstərilir. Amma hər iki ölkədə rəsmilər siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, ölkələrində siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar. (Azadlıq Radiosu)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya – FTX Duqinanın qatilinin görüntülərini yaydı – Video

admin

Putin: “Rusiya ilə Azərbaycan arasında ticarət və investisiyaların həcmi artır”

redaktor

İran Ermənistanla əməkdaşlıq memorandumu imzaladı

redaktor