DünyaHadisəSiyasət

Moskvada İsgəndər Xəlilovun oğlunun da şirkətinə basqın edilib

Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.

Səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.

Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.

Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir.

“Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.

Rəhman Xəlilov azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğludur. (Azadlıq Qəzeti)

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Demokratlar Partiyasından Harrisin yenidən prezidentliyə namizədliyini irəli sürməsini təklif edib

redaktor

Tramp Hörmüz boğazını Amerika adlandıracaq

redaktor

Problem Emin Ağalarov deyil, hamıya eyni imkanın verilməməsidir

redaktor