28 C
Bakı
26 İyul 2025 11:43
DigərDünyaHadisəTexnologiya

Ruslar metallomla uçdular – Rusiyada bu gün baş verən təyyarə qəzası haqqında

Bu gün Rusiyada 49 nəfəri ölmü ilə nəticələnən aviaqəzaya səbəb olmuş təyyarə haqqında:

Rosaviasiyanın məlumatına görə, qəzaya uğrayan An-24 təyyarəsi, 2018-ci ildən bəri artıq dörd dəfə hava insidentinə məruz qalıb. O, 1976-cı ildən istismarda olub, demək olar ki, 50 yaşı var idi.

2024-cü ildə Reuters yazıb ki, “Angara Airlines” 50 yaşlı An-24 və An-26 təyyarələrinin uçması üçün icazə istəyib – çünki onları əvəz edəcək heç nə yox idi. Mühərrikləri təmir etməyə yer yox idi: Rostov zavodu 2022-ci ildən bağlanmışdı. Bu təyyarələrin əksəriyyəti keçən il istismardan çıxarılmalı idi.

Rusiya elə bir ölkədir ki, orada rəsmilər aviasiyasını yeniləmək əvəzinə “metal yığını ilə uçmağa icazə” istəyirlər. Və insanlar bunun əvəzini canları ilə ödəyirlər…

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

Akşata Murti: “Rişi qısqanc idi, amma ona qəlbimi ovlamağa izn verdim…”

redaktor

AXCP fəalına 30 sutka həbs verildi

admin

Ağcabədidə 13 yaşlı qız ana oldu, 23 yaşlı “ata” şərti cəza aldı

admin