Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investments Limited” şirkəti, 100% sahib olduğu, Azərbaycandakı “M Bulak” Bank Olmayan Kredit Təşkilatı MMC 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərməkdədir. “M Bulak” azərbaycanda vətəndaşalarına aşağı faiz kreditlərin verilməsinə vəd versədə, ən yüksək faiz, illik 50 % olmaqla əhlaiyə kredit verir.
Qeyd edək ki, «M Bulak Bank Olmayan Kredit Təşkilatı» 2005-ci ildə yaradılıb, 10.41 mln manat nizamnamə kapitalına sahibdir. Kapitalının 100%-i Qırğızıstanın “Gascoyne Investment Ltd.” şirkətinə məxsusdur. “M Bulak” hər il təqribən 3 milyona yaxın xalis gəlir əldə edir. BOKT 2019-cu il üçün 2.8 milyon manat xalis mənfəət əldə etdiyini bəyan etmişdir.
“M Bulak” Azərbycanda fəaliyyəti uğurlu olduğunu bəyan edir. Əlbəttə ki, əhaliyə verilən 50 % faizlik kreditlə uğur qazanmaq çox asandır.
Tacxeber.com-a adının anonim qalmasını istəyən mənbə bildirir ki,
“M Bulak” Xaçmaz rayon filialının rəhbəri Rəşad Cavadov bank olmayan kredit təşkilatının 50 % kredit faizindən əlavə bir çox digər əməlləri də vardır.
Mənbənin verdiyi məlumatda göstərilir ki, filial müdiri faizlərdən əlavə müştərilərdən “şapka” da alır. Əksər müştərilərdən faizdən başqa dəyişən məbləğlərə görə kredit alan vətəndaşlardan əlavə vəsait də tələb edilir. Buda bank dilində desək “şapka” adlanır.
Bu arada filial müdürü Rəşad Cavadov öz işçisini özünə məşuqə etməyi də bacarıb. Məlumatda o, da qeyd edilir ki, Rəşad Cavadov öz işçisini özünə məşuqə etmək üçün, Xaçmaz şəhər ərazində dəbdəbəli ev tikəcəyini və içşinə avtomobil alacağını vəd edib.
Lakin hadisədən xəbər tutan R. Cavadovun məşuqəsinin keçmiş sevgilisi ilə Cavadov arasında qalmaqallar yaşanıb. Belə ki, keçmiş məşuqəsinin yeni sevgilisi R.Cavadov arasında mübahisə yaranıb. Nəticədə R. Cavadov məşuqəsinin əvvəlki sevgilisi tərəfindən bərk döyülüb. Dava zamanı aldığı xəsarətlər səbəbindən filial müdiri bir müddtə işə çıxa bilməyib.
Amma bank müdiri məşuqəsinin əvvəlki sevgilisi tərəfindən döyülməsinin həzm edə bilməyib. R. Cavadov da öz ətrafını toplayaraq, keçmiş sevgilinin evinə basqın edib. Bank müdiri və onun “dəstəsi” evə basqın zamanı balta və lapatka silahlanmış adamla qarşılaşıblar. Bu vəziyyətdən xəbər tutan Xaçmaz RPŞ əməkdaşları işə qarışıb. Tərəflər Xaçmaz polis şöbəsinə aparılıb. Lakin bank müdiri polisdən xilas ola bilib.
Mənbə qeyd edir ki, Rəşad özünü Xaçmazda namaz qılan kimi ictimaiyyətə təqdim edib. Amma adamda ibadətində heç bir əsər-əlamət görmək olmur.
Məlumatı verən mənbə bildirir ki, Rəşad Cavadov əvvəllər “Unibank”da çalışıb. Keçmiş iş yerində də onun bankda saxtakarlıq edərək müştərilərdən rüşvət müqabilində kredit verdiyi bildirilir.
P.S. Tacxeber.com məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırdır.