30 C
Bakı
22 İyul 2025 12:02
DünyaSiyasət

Tehran ciddi su böhranı ilə üz-üzədir – İran Prezidenti

İran Prezidenti Məsud Pəzeşkiyan paytaxt Tehranda yaşanan su böhranı ilə bağlı ciddi xəbərdarlıq edib. O bildirib ki, şəhər su ehtiyatlarının kəskin azalması ilə üzləşib və mövcud vəziyyət narahatedicidir.

Prezident bu fikirləri Daxili İşlər Nazirliyində ölkə üzrə qubernatorlarla keçirilən görüşdə səsləndirib. Onun sözlərinə görə, problemin həlli ictimaiyyətlə koordinasiya olmadan mümkün deyil.

> “Bu gün Tehran su ehtiyatlarının ciddi şəkildə azalması ilə üzləşib və su anbarlarımız narahatedici vəziyyətdədir. Ətraflı təhlillər göstərir ki, su ehtiyatları tükənib və indiyədək bu resurslardan düzgün istifadə edilməyib”, – deyə Pəzeşkiyan qeyd edib.

Dövlət başçısı bildirib ki, yaranmış vəziyyətdə nə təbiəti, nə də başqalarını günahlandırmaq doğru deyil. Onun sözlərinə görə, bu böhranın səbəbi əvvəlki illərdə verilmiş səhv qərarlardır:

“Bugünkü durumdan çıxış yolu yalnız məsuliyyətli, elmi əsaslara söykənən və uzaqgörən idarəetmədən keçir. İstər hökumət, istərsə də xalq bu milli prosesə maksimum diqqət ayırmalı və fəal iştirak etməlidir ki, ölkə su böhranından xilas ola bilsin”, – deyə Prezident vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı bakalavr Kanadada birbaşa doktoranturaya qəbul olundu

redaktor

“Ukrayna dəniz dronu tarixdə ilk dəfə olaraq təyyarəni vurub”: Bu, müharibələrin gələcəyi üçün nə deməkdir?

redaktor

MDBMİ Aleksandrovu Azərbaycana qarşı təxribatçı bəyanatlarına görə vəzifəsindən azad edib

redaktor