DünyaSiyasət

Zelenski Rusiyayla yeni danışıqlar raundunu elan etdi – görüş İstanbulda baş tutacaq

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyayla yeni danışıqlar raundunun keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, görüş İstanbulda baş tutacaq. Bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Zelenskinin sözlərinə görə, danışıqlarda Ukrayna üçün əsas mövzu əsirlərin geri qaytarılması olacaq. O bildirib ki, münaqişənin həlli yalnız liderlər səviyyəsində keçiriləcək görüş nəticəsində mümkündür. Prezident xarici ölkələrdəki səfirləri bu yanaşma barədə tərəfdaş ölkələri məlumatlandırmağa və Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Bundan əvvəl Zelenski Ukraynaya hərbi təchizatlarla bağlı aparılan işlərdən də danışıb. O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rustem Umerovdan müqavilələrin auditi və onların icrası ilə bağlı dəqiq tarixləri əks etdirən hesabatı yaxın 10 gün ərzində təqdim etməsini gözlədiyini bildirib.

Həmçinin Zelenski yeni müdafiə naziri Denis Şmıqal qarşısında bir sıra vəzifələr qoyduğunu qeyd edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün dron-tutucu operatorlarının hazırlanması əsas prioritetlərdən biridir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan: Ermənilər və Azərbaycanlılar “ən yaxşı sülhməramlılar”a çevriliblər

redaktor

Ukraynanın keçmiş müdafiə naziri: Kiyev müharibəni yavaş-yavaş uduzur

redaktor

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin