30 C
Bakı
17 İyul 2025 12:06
DünyaSiyasətTarix

Tarixin doğru tərəfi

Çin Xarici İşlər naziri Van İ Rusiyanın Ukraynada məğlubiyyətinə imkan verə bilməyəcəklərini bəyan edib. Cənubi Koreya hərbi kəşfiyyatının məlumatına görə, Ukraynaya qarşı müharibə başlayandan bəri Şimali Koreya Rusiyaya 12 milyondan çox 152 mm-lik mərmi göndərib. Şimali Koreya Çinin vassalı olduğu üçün Pxenyanın bunu Pekinin razılığı, hətta göstərişi olmadan edə bilməz.

Bu iki məqam Çinin Rusiyanın Ukraynada törətdiyi hərbi və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıdığının sübutu olsa da, Çin Ticarət Nazirliyi utanmadan ölkələri Çinlə ABŞ arasındakı ticarət müharibəsində tarixin doğru tərəfində yer almağa çağırır.

Çin Ticarət Nazirliyinin bu çağrışı həm də Pekinin vəziyyətinin getdikcə pisləşməsinin nəticəsidir. ABŞ prezidenti Donald Tramp 12 ölkəyə yüksək gömrük rüsumları tətbiq edə biləcəyi ilə bağlı 12 dövlətə rəsmi məktublar göndərib. Vaşinqton Çin şirkətlərinin bu ölkələrin ərazsindən istifadə edərək istehsal etdiyi malları üçüncü ölkələrdə istehsal olunmuş mal kimi ABŞ-a satmaqda davam edir.

Tramp adminstrasiyası Yaponiya və Cənubi Koreya da daxil olmaqla 12 ölkəyə xəbərdarlıq etməklə belə hallara dözməyəcəyinin sərt mesajını verir. Vaşinqton çox açıq şəkildə bütün ölkələri tərəflərini müəyyən etməyə dəvət edir.
Çini cilovlamaq üçün Tramp adminstrasiyasının seçdiyi iqtisadi mexanizm əsasən doğrudur. Yanlış olan Vaşinqtonun Rusiya ilə Ukrayna, İsrailə İran arasında birmənalı seçim etməməsidir. Əgər, Vaşinqton Rusiyaya qarşı müharibədə Ukraynanı birmənalı dəstəkləsə, İran rejiminin dağıdılmasına yardım etsə Çini daha asanlıqla məğlub edə bilər. İran və Rusiyanın məğlubiyyəti Çinin məğlubiyyətini qaçınılmaz edəcək.

Tramp Rusiya və İranın məğlub edilməsinə yardım etsə, ölkələr tarixin doğru tərəfində-ABŞ-ın yanında, Çinin qarşısında yer alacaqlar. Çinin dünyanın böyük bir qismi üzərində nəzarəti ələ keçirməsinin qarşısının alınmasının özgə yolu yoxdur.

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Hikmət Hacıyev Zəngilan Hava Limanından paylaşım edib – VİDEO

redaktor

Neft müəssisəsində PARTLAYIŞ: ölənlərlər var

admin

İsrail bu sistemləri UKRAYNAYA VERİR: “Hücumdan 15 saniyə əvvəl…”

redaktor