23.7 C
Bakı
29 İyun 2026 01:25
CəmiyyətDünya

İranda TRAGİKOMİK HADİSƏ – Prezidentin kortejində benzin bitdi, yolda qaldı

İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda Təbrizə qeyri-rəsmi səfəri zamanı qeyri-adi vəziyyətlə üzləşib. Onun kortejindəki hər üç avtomobildə Qəzvin əyalətinə gedən yolda nasazlıq yaranıb.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə prezidentin xüsusi müfəttişi Mustafa Moulavi məlumat verib.

Moulavinin sözlərinə görə, avtomobil kolonu Rəşt magistralının çıxışına yaxın yanacaqdoldurma məntəqəsində dayanaraq benzin doldurub, lakin sonradan yanacağın su ilə qarışdırıldığı məlum olub.

Hər üç avtomobilin hələ Takestan şəhərinə çatmamış mühərriki dayanıb. Yoxlama göstərib ki, bu yanacaqdoldurma məntəqəsində əvvəllər də oxşar qanun pozuntuları qeydə alınıb, lakin o, fəaliyyətini davam etdirib.

İnsidentə baxmayaraq, Pezeşkian əyalət rəhbərliyinə müraciət etməyib və rəsmi araşdırma başlatmayıb. Əvəzində taksi ilə Təbrizə yoluna davam etdirib.

Mustafa Moulavi qeyd edib ki, bu hadisə məsuliyyətsizliyin və yanacaqdoldurma məntəqəsində nəzarətin olmamasının nümunəsidir və adi vətəndaşları da təhdid edə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Epilepsiyalı uşaqları Yeni il yolkasından uzaq tutun – Həkim

redaktor

Rusiyalı müğənni azərbaycanlı ilə əlbəyaxa oldu

redaktor

Zelenski: “Ukrayna Azərbaycandan qaz tranzitinə hazırdır”

redaktor