22.5 C
Bakı
29 İyun 2026 07:07
DünyaSiyasət

Ukrayna on minlərlə “Şahed”ə qarşı dron-perexxaçı yerləşdirməyə hazırlaşır – Forbes

Ukrayna Müdafiə Satınalmaları Agentliyi Rusiya tərəfindən istifadə olunan “Şahed” tipli kamikadze dronlara qarşı on minlərlə dron-perexxaçının hazırlanması üçün müqavilələr bağlayıb. Bu barədə Forbes məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Patriot” zenit-raket kompleksləri Rusiya raketlərinin qarşısını almaqda həyati əhəmiyyət daşısa da, çoxsaylı pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumlarını dayandırmaq üçün daha geniş miqyaslı və daha ucuz müdafiə vasitələrinə ehtiyac var.

Forbes yazır ki, iyun ayında Rusiya Ukraynaya qarşı 5000-dən çox “Şahed” dronu buraxıb. Təkcə bir gecədə isə 728 dronun buraxılması qeydə alınıb. Bu isə ABŞ-ın ildə cəmi 650 ədəd istehsal etdiyi və bir ədədinin qiyməti 3,3 milyon dollar olan “Patriot” raketlərinin effektiv cavab verməsi üçün yetərli deyil. Müqayisə üçün, bir “Şahed”in dəyəri “Patriot”dan təxminən 100 dəfə ucuzdur.

Buna görə də Ukrayna ucuz və sayca çox olan PUA-ları neytrallaşdırmaq üçün analoji yolla — on minlərlə dron-perexxaçı vasitəsilə cavab verməyə hazırlaşır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Simonyandan etiraf: Hər gün dinc sakinləri bombalayırıq

redaktor

Türkiyəyə qeyri-qanuni yolla gələn immiqrant yerin altında yaşadı – VİDEO

redaktor

Türkiyədə əməliyyat: Bu ölkəyə işləyən 33 nəfər saxlanıldı

redaktor