32 C
Bakı
18 İyul 2025 10:05
CəmiyyətDigərSağlamlıq

Həm arıq saxlayır, həm də ürəyə xeyirdir – Hazırda mövsümüdür

Yay aylarında bazarlarda bolluqla rast gəlinən nektarin təkcə dadı ilə deyil, sağlamlığa faydaları ilə də seçilir. Şaftalıya bənzərliyi ilə tanınan bu meyvə hamar qabığı və ətirli dadı ilə fərqlənir.

Tacxeber.com bildirir ki, nektarin C vitamini, A vitamini, lif və antioksidantlarla zəngindir. Bu xüsusiyyətləri sayəsində immun sistemini gücləndirir, həzm prosesini tənzimləyir və dərini qidalandırır. Eyni zamanda azkalorili olması səbəbindən pəhriz saxlayanlar üçün də uyğun meyvə hesab olunur.

Nektarin tərkibindəki kalium ürək-damar sistemi üçün faydalıdır, təzyiqin stabilləşməsinə kömək edir. Gündəlik qidalanmaya əlavə edilən bu meyvə həm təzə halda, həm də salat və desertlərdə istifadə oluna bilər.

Qeyd edək ki, nektarin Aİ ölkələri, Türkiyə, Gürcüstan və Azərbaycan daxil olmaqla bir çox bölgədə yetişdirilir və ixrac potensialına malikdir. Yay aylarında satışa çıxarılan bu meyvəyə tələbat hər il artır.(Milli.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki. Qədim resept

admin

Diktaturalar, diktatorlar daimi, güclü stress mənbəyidir.

admin

“Şərurlu İsfəndiyar” “Flamingo” restoranını zorla alması barədə yayılan xəbərlərdən danışdı

admin