23 C
Bakı
09 İyul 2025 09:37
CəmiyyətDigərDünyaHadisə

ABŞ-da dələduz süni intellektlə özünü Marko Rubio kimi təqdim edib və yüksək vəzifəli şəxslərlə əlaqə qurub — KİV

ABŞ-da naməlum bir dələduz süni intellekt texnologiyalarından istifadə edərək özünü ABŞ-ın dövlət katibi Marko Rubio kimi təqdim edib və bir neçə yüksək vəzifəli şəxslə əlaqə qurub. Bu barədə The Guardian və The Washington Post nəşrləri məlumat yayıb.

The Washington Postun məlumatına görə, dələduz Rubio-nun adından ABŞ Dövlət Departamentinin əməkdaşlarına səsli və mətn mesajları göndərib. Süni intellekt vasitəsilə Rubio-nun səsini və yazı üslubunu ustalıqla təqlid edərək, onun adından müxtəlif şəxslərlə yazışmalar aparıb.

Məlumata görə, dələduz üç xarici işlər naziri, ABŞ qubernatoru və Konqres üzvü də daxil olmaqla, ən azı beş yüksək vəzifəli şəxslə əlaqə saxlayıb.

Rubio-nun ofisi bu cür saxta mesajların göndərildiyini təsdiqləyib və məsələ ilə bağlı Dövlət Departamentini məlumatlandırıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Etibar müəllim, küsmürsünüz ki?” – Spiker

admin

Qırğızıstanda gölün bəndi dağıldı: Görünməmiş fəlakət…

redaktor

Ukraynanın Madriddəki səfirliyinin binası mühasirəyə alınıb

redaktor