24 C
Bakı
05 İyul 2025 10:09
CəmiyyətDigərDünya

Ukrayna dronları Rusiya hava limanlarının işini iflic edib

Ukrayna dronları Rusiya hava limanlarının işini iflic edib

Ötən gecə Rusiyanın regionlarına, Rostov vilayətinə və Moskva vilayətinə pilotsuz uçuş aparatları hücum hücum edib. Rostov Vilayət qubernatorunun sözlərinə görə, Dolotinka kəndində pilotsuz təyyarənin yaşayış binasının üzərinə düşməsi nəticəsində bir mülki şəxs ölüb.

Bundan əlavə, Azovda yaşayış binasına ciddi ziyan dəyib, dam örtüyü dağılıb. Binadan 120 nəfər təxliyə edilib. Qubernatorun sözlərinə görə, başqa bir pilotsuz təyyarənin dağıntıları stadiona düşüb. Şaxtıda da hücum nəticəsində 6 min sakin işıqsız qalıb.

Eyni zamanda Telegram kanalları Azovdakı hücumun hədəfinin Azov Optik-Mexanika Zavodu olduğunu yazıb. Moskva vilayətində Sergiev Posad da hücuma məruz qalıb, oradakı elektrik yarımstansiyası dron hücumundan sonra yanıb. Bir neçə mikrorayon işıqsız qalıb. Samara, Saratov, Yaroslavl, Kazan və Volqoqrad hava limanları “xalça” rejimi tətbiq edib edib.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində 48 pilotsuz təyyarənin vurulduğunu, onlardan 26-nın Rostov vilayətində olduğunu bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İrandan Rusiyaya təyyarəylə nələr daşınır?

redaktor

Bayden prezidentlik müddətinin 39 faizini məzuniyyətdə olub

redaktor

İmamoğlu nədə ittiham olunur? – TƏFƏRRÜAT

redaktor