25.3 C
Bakı
13 İyun 2026 13:16
CəmiyyətDigərDünya

“İstisu” istirahət mərkəzi zibil içində batır – FOTO

Masallıda “İstisu” kimi tanınan istirahət mərkəzinin yaxınlığındakı meşə zolağı zibil tullantıları ilə çirkləndirilib.

Tacxeber.comTeleqraf-a istinadən xəbər verir ki, məsələ ilə bağlı yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Masallı–Yardımlı yolu boyunca yerləşən müxtəlif meşəlik ərazilər buraya ziyarətə gələn şəxslər tərəfindən zibillənir.

“Əraziyə nəzarət olunmadığı üçün hər gələn özü ilə gətirdiyi ərzağı yeyib-içdikdən sonra qalıqları elə meşəyə atıb gedir. Buna görə də hər tərəf zibil içindədir. Nə təmizləyən var, nə də gələnlərə “dur” deyən”, – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, sözügedən istirahət mərkəzi hər il yay mövsümündə turistlərin sıx ziyarət etdiyi məkanlardan biridir.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır – Görüşləri ləğv edildi

redaktor

Paytaxtda nə az, nə də çox 100 min bina sökülür

admin

İranda vəziyyət qarışır: Etirazçılar küçə və prospektləri bağladılar – VİDEO

redaktor