25 C
Bakı
03 İyul 2025 10:04
DünyaMuharibəQalmaqalSiyasət

ABŞ yenə Ukraynanı satır?..

Doğrusunu deyim ki, mənim Donald Trampa və onun komandasının üzvlərinə heç bir etibarım yoxdur. Bunlar gündə 10 dəfə fikirlərini dəyişirlər. İndi də Ukraynaya silah verilməsini dayandırmaq qərarına gəliblər. Ukraynaya silah tədarükünün dondurulması qərarı tənqid fırtınasına səbəb olub. Avropa da şokdadır və izahat tələb edir.

Amerikalı qanunvericilər – həm Respublikaçılar, həm də Demokratlar – Pentaqonun Ukraynaya silah tədarükünü dayandırmaq qərarını kəskin şəkildə pisləyiblər. Onlar bunu Donald Trampın NATO-nun bu yaxınlarda keçirilən sammitində Kiyevə verdiyi və Patriotu satmağa hazır olduğunu bəyan etdiyi vədlərin pozulması adlandırıblar.

Politico tərəfindən dərc edilən Respublikaçı Maykl Makkoldan (Texas) sitat: “Putini danışıqlar masasına oturmağa məcbur etmək istəyirsinizsə, geri çəkilmək yox, itələmək lazımdır. Bu nə deməkdir, bir tərəfdə Lindsi Qremin sanksiyaları, digər tərəfdə isə silah tədarükünü dayandırılması? Təchizatları dayandırırsınızsa, sizin Putinə təsir rıçaqınız qalmır.”

Bloomberg mənbələrə istinadən yazır ki, Ukraynanın avropalı müttəfiqləri də Vaşinqtonun qərarına məəttəl qalıblar.

Bu qərar Trampın Zelenski ilə “yaxşı görüşdən” sonra Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasının mümkünlüyü barədə danışdığı NATO sammitindəki bəyanatları fonunda xüsusilə qəribə görünür.

İndi avropalı tərəfdaşlar Ağ Evdən açıqlama tələb edir və qərara yenidən baxılacağına və ya yumşaldılacağına ümid edirlər. İki həftə ərzində ona yenidən baxılacaqmı?

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Xamneyini qəsdən vurmayıb.

admin

İran Britaniyaya nota VERDİ

admin

“Putinlə görüşsəm, onu vuracam” – Məşhur amerikalı aktyordan AÇIQLAMA

redaktor