Ziyəddin Səfərov hadisə baş verən gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb.
Tacxeber.com xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, 27 iyun 2025-ci ildə Azərbaycan vətəndaşları Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən öldürüıməsi nəticəsində araşdırma başlanılıb:
“İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Əməliyyat qurupunun əməkdaşları tərəfindən onlara ağır xəsarətlər yetirilib. Nəticədə Hüseyn Səfərov elə həmin gün Yekaterinburq şəhərində ölüb. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq mühafizə-orqanlarının avtomobilində ölüb”.