23 C
Bakı
19 Oktyabr 2026 14:39
CəmiyyətDünyaSiyasət

Kim Rusiya-Azərbaycan münasibətlərini pozmaq istəyirsə… – Zaxarova

Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir və bu münasibətləri pozmaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər.

Tacxeber.com xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu vəziyyətdən öz mənfəəti üçün yararlanmaq istəyənlər az deyil. Amma onlar ehtiyatlı olsunlar, çünki əllərini yandırmaları da mümkündür. Düşünürəm ki, bizim üçün və ümumiyyətlə hər iki xalq üçün dostluq münasibətləri son dərəcə önəmlidir. Kim bu münasibətləri pozmaq istəyirsə, yaxşı-yaxşı fikirləşsin”, – deyə Zaxarova vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Xəzər dənizindəki bir ada dayazlaşma səbəbindən yarımadaya çevrilə bilər

redaktor

Zelenski Trampı tənqid edir və ABŞ seçkilərini gözləyir

redaktor

Səmərqənd klanı hakimiyyəti tək əldə toplayır, Daşkənd klanı isə dirənir…

redaktor