Bizim ölkəmiz son illər sözün tam mənasında məhkəmə poliqonuna çevrilib. Hər həftə müxtəlif məhkəmə instansiyalarında bir neçə səs-küylü proseslər gedir.
Təsəvvür edin iyunun 30-da Bakı Ağır Cinayətlə Məhkəməsində saat 10:00-da Toplum.tv-nin prosesidir, saat 11:45-ə Rüfət Səfərovun məhkəməsin təyin ediblər, 14:05-də isə Anar Məmmədli və Anar Abdullanın növbəti məhkəməsi olacaq. Hamısı da saxta, qurama, ssenariləşdirilmiş həbslər.
Ölkənin bütün hüquq sistemi iflas edib, çöküb, dağılıb, yalanın, böhtanın, şərin-şəbədənin içində xirtdəyinə qədər batıb. İstintaq orqanları polis və prokurorluq “möcüzə” yaradır. Məsələn Toplum işi ilə bağlı yazıblar ki, Akif Qurbanov İlkin Əmrahovla 2014-cü ildə tanış olublar. Qərəzin dərəcəsi çox gülməlidir: 2014-cü ildə İlkin Əmrahov 5-ci sinif şagirdi olub.
Tofiq Yaqublunun da, Abzas Medianın da, Toplub tv-nin də, İşçi masasının da, Cəbhəçilərin də (Kənan Zeynalov, Novruz Tağıyev və başqaları), FAzil Qasımovun da, siyasi zəmində həbs edilənlərin hamısının işi belədir. Ən dəhşətlisi də budur ki, bütün bu rüsvayçılığı dövlətçiliyi qorumaq adı altında törədirlər.
