22.8 C
Bakı
10 İyun 2026 00:41
DünyaSiyasət

VP: Tramp NATO ölkələrinə and içdi ki, Rusiya onlara hücum etməyəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Ağ Evdə qaldığı müddətdə NATO ölkələrinə hücum etməyəcək.

Tacxeber.comxəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb .

Onların sözlərinə görə, Haaqada keçirilən NATO sammitinin əsas sessiyası zamanı Tramp Rusiyadan heç bir təhlükə olmayacağına “əhd verib”, həmçinin alyans ölkələrinin müdafiə xərclərini artırmaq səylərini alqışlayıb.

Bundan əlavə, qəzetin həmsöhbətləri qeyd ediblər ki, Avropa NATO ölkələrinin liderləri Amerika liderini onları hərbi xərcləri artırmağa sövq etdiyinə görə tərifləyiblər, bəziləri isə ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə aviazərbələr endirməsini yüksək qiymətləndiriblər.

İyunun 19-da TASS-ın dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə Rusiya prezidenti Vladimir Putin Rusiyanın Avropa ölkələrinə və NATO-ya hücum planlaşdırması barədə deyilənləri yalan və cəfəngiyyat adlandırıb .

 

Tacxeber.com

Oxşar xəbərlər

Avropa liderlərinin Trampla görüşü sadəcə MÖHTƏŞƏM keçdi!

admin

Rusiyada güclü partlayış: əhali təxliyə olunur

redaktor

“Rusiya öz mövqelərini möhkəmləndirir və təşəbbüsü ələ keçirməyə cəhd göstərir” – fon der Leyen

admin