27 C
Bakı
16 Avqust 2026 11:44
DünyaSiyasət

Ağ Ev ətrafında şübhəli maşın: binalar boşaldıldı

ABŞ-də təhlükəsizlik qüvvələri paytaxt Vaşinqtonda şübhəli bir avtomobillə bağlı hərəkətə keçib.

Tacxeber.com“hurriyet”ə istinadla xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

Şübhəli avtomobilin Ağ Ev ətrafında olması ilə əlaqədar Məxfi Xidmət və Metropolitan Polis Departamentinin əməkdaşları həyəcan vəziyyətinə gətirilib.

Ağ Evin yaxınlığında park edilmiş avtomobilə baxış keçirilərkən, ehtiyat tədbiri olaraq yaxınlıqdakı binalar boşaldılıb və ərazidəki yollar nəqliyyat üçün bağlanıb.

Səlahiyyətli şəxslər hadisə yerinə bomba zərərsizləşdirmə qruplarının göndərildiyini açıqlayıb.

Araşdırmalardan sonra ərazinin təhlükəsiz olduğu məlum olub. Daha sonra yollar nəqliyyatın hərəkətinə açılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin ultra-vətənpərvərinin gizli sərvəti

redaktor

Xumargözlü Zaxarova Türkiyəni hədələdi

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin