13 C
Bakı
24 Mart 2026 18:12
DünyaHadisə

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar güllələndi: Dördü eyni kənddəndir

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar güllələndi: Dördü eyni kənddəndir

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar güllələndi: Dördü eyni kənddəndir


Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

Tacxeber.azxəbər verir ki, bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmək istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.

Tacxeber.az

Oxşar xəbərlər

Trampın Putinə yeni “hədiyyə”si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir?

admin

“Kalibr” raketlərinin yaradıcısı vəfat etdi

redaktor

Siyasi səhnədə səssiz fırtınanın ayaq səsləri

redaktor