CəmiyyətGündəmHadisə

Həbsdə olan jurnalistlərə hökm oxundu.

“Abzas Media işi” üzrə son məhkəmə prosesi baş tutub.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham ediliblər.

Jurnalistlər ittihamlarl qəbul etməyiblər, korrupsiya araşdırmaları və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildiriblər. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Şikayətçi: 5000 versəydim, əlillik dərəcəmi verərdilər

admin

Məkkəgülü çayı – ərəblərin BÜTÜN XƏSTƏLİKLƏRİN DƏRMANI saydıqları içki

redaktor

Manaf Ağayevin başına iş gəldi: Toyda… – VİDEO

redaktor