13 C
Bakı
27 Mart 2026 23:59
CəmiyyətDünyaHadisə

“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı

“Aztelekom” şirkətinin əməkdaşı kabel çəkilişi zamanı söyüd ağacını da kəsib. Buna görə cinayət məsuliyyətinə cəlb edilib.

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, hadisə Gədəbəy rayonu, Böyük Qaramurad kəndi ərazisində baş verib.

Kabel çəkilişi zamanı ərazidə olan ağaclar budanılan zaman bir ədəd söyüd ağacı kəsilərək məhv edilib. Həmin ağac Qaraməmmədli Bələdiyyəsinin balansında olub.

Söyüd ağacı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmədən kəsildiyi üçün cinayət işi açılıb. Ağacı kəsən “Aztelekom” əməkdaşı Nazim İbrahimov cinayət məsuliyyətinə cəlb edilib.

Dəymiş zərər 1600 manat olaraq müəyyən edilib. Məlum olub ki, Nazim İbrahimov dəymiş ziyanı ödəyib buna görə də onun barəsindəki cinayət işinə xitam verilib.

Nazim İbrahimovun ifadəsindən məlum olub ki, gündəlik 20 manata işlədiyi “Aztelekom”dakı işindən ayrılıb. Buna səbəb maaşını ala bilməməsi olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Söyüdlüdə mövcud vəziyyət təhlil edildi – Müəssisə təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verib

redaktor

Zatulin: “Ermənistan açıq-aşkar Rusiya ilə əlaqələri pozur”

redaktor

Sizi narahat edən şeyləri yazın – “Dərd gündəliyi” nəyə lazımdır?

redaktor