CəmiyyətDünyaSiyasət

Rusiya Şimali Koreya əsgərlərinə Moskvada heykəl qoyacaq

Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Kursk vilayətində hərbi əməliyyatlarda iştirak edən “Koreya Xalq Ordusu əsgərlərinin şücaətini əbədiləşdirmək” qərarına gəliblər. Müvafiq abidələr Moskva və Pxenyanda görünəcək.

Bu barədə çərşənbə axşamı Şimali Koreyanın paytaxtına səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib: “Söhbət Rusiyada və KXDR-də koreyalı əsgərlərin xatirəsinə abidələrin açılmasından gedir”, – Sergey Şoyqu deyib. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Pxenyanda muzeyi olan memorial Rusiya tərəfinin iştirakı ilə tikiləcək.
Həmçinin, Şimali Koreya səfərindən sonra Sergey Şoyqu KXDR liderinin Kursk vilayətini bərpa etmək üçün bir neçə min istehkamçı və hərbi inşaatçı göndərmək qərarına gəldiyini açıqlayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Kəşfiyyatçının tezliklə Ukraynaya dönməsini gözləyirik…”

admin

Ukrayna ordusu İran PUA-larına divan tutdu – Hamısı məhv edildi

admin

Rəşad Sadıqov: “Yükü daşımağa qadirdir.”

admin