25 C
Bakı
11 Avqust 2025 09:40
CəmiyyətGündəmİqtisadiyyatŞikayət

Bakıdan Qazaxa qatar bileti 147 manata. Baha deyil ?

Bu gün üçün Bakı – Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub.

147 manat !

Vağzala qədər taksi ödənişlərini nəzərə alsaq bu rəqəm 170 manata qalxacaq.

 

Ağlasığmazdır.

Görəsən bu xidmətin daxilində nələr nəzərdə tutulub?

Dövlət sektorunda ezamiyyə xərcləri ilə bağlı qaydalarda dövlət qulluqçuları üçün belə yol xərcləri nəzərdə tutulmayıb.

Yəni nazirlər, yüksək vəzifəlilər güman ki bundan istifadə etməyəcəklər.

Biznes sektoru da, Qazax rayonunun sahibkarları da ağlım kəsmir ki, gediş-gəliş üçün 300+ manat ödəsin.

 

Belə olan halda maraqlıdır ki, ADY belə ifrat yüksək qiyməti hansı təbəqə üçün, hansı metodlarla müəyyən edib?

Biz gözləyirdik ki, ADY hətta Bakı – Balakən qatarının qiymətlərini xeyli endirəcək. Monitorinqlər də göstərirdi ki, doluluq , bayramları çıxsaq heç vaxt yetərli olmur.

Bir daha qeyd etmək istərdim ki, 6 il dayanmış dəmiryolu ilə ölkədaxili sərnişin daşınmasının yenidən bərpa edilməsi təqdirəlayiq bir addım olsa da qiymətlərin reallıqdan çox uzaq olması da bir o qədər məyusedicidir.

Ümid edirəm ADY və hökumət nəzərə alacaq.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

Taksi sürücüləri yeni qərara etiraz edir – “Onsuz da şirkətlər belimizi qırırdı”

redaktor

Tanınmış prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu

redaktor

Azərbaycanda eşşək südünün litri 100 manata qalxdı – ŞOK səbəb

admin