CəmiyyətHadisəMaraqlı

Görəsən İranda olan bizim vətəndaşlarımız da quru sərhədi ilə ölkəyə daxil ola bilərlərmi?

Azərbaycan hökuməti doğru qərar alaraq İranda olan Rusiya, Belarus, Tacikistan, Qırğızıstan və s. ölkə vətəndaşlarının quru sərhədlə Azərbaycana keçməsinə imkan yaradıb, çox humanist yanaşma sərgilənib, təqdirəlayiq addımdır.

İndi İranda, çox güman, Azərbaycan vətəndaşları da var, bəs onlar quru yolla öz vətəninə dönmək istəsə, onlar üçün də quru sərhədlər açıqdırmı? İrana hava uçuşları tam dayandırılıb, bu da doğru qərardır, təhlükəsizliklə bağlı addımdır, amma zərbələrdən öncə uçuşlar var idi, görəsən indi İran ərazisində nə qədər vətəndaşımız var, onların quru sərhədlərdən keçməsi üçün hansı işlər görülür?

Ümid edirəm ki, Azərbaycan dövləti, XİN, bu məsələ ilə də yaxından məşğuldur, sadəcə, ictimayyətə məlumat versələr, yaxşı olar…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor

Heç kim unudulmur, heç nə yaddan çıxmır…

redaktor