18 C
Bakı
08 Oktyabr 2026 02:40
DünyaSiyasət

İranın sərt etirazı: Biz yəhudiləri Hitlerin əlindən xilas etdik, onlar isə bizi bombalayır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekai İsrailin son hücumlarına sərt reaksiya verib.

Tacxeber.com xəbər verir ki, o, İkinci Dünya müharibəsi zamanı iranlıların yəhudiləri nasistlərdən qoruduğunu xatırladaraq, bu gün onların eyni xalq tərəfindən bombalanmasını tarixi ədalətsizlik adlandırıb.

“İkinci Dünya müharibəsində məhz iranlılar Hitlerin təqiblərindən qaçan yəhudiləri gizlətdi və xilas etdi. Hətta çoxlu sayda polyak və fransız qaçqınlara İran pasportları verildi. Bu, ölkəmizin humanist ənənələrinin sübutudur,” – deyə Bekai bildirib.

O, həmçinin Fransanı da tənqid edib. Bildirib ki, İsrailin İran ərazisindəki “dinc nüvə obyektlərinə və yaşayış məntəqələrinə” endirdiyi zərbələr beynəlxalq hüququ pozur. Fransa prezidenti Emmanuel Makronun İranın nüvə proqramı ilə bağlı açıqlamalarını isə “ikisifətlilik və riyakarlıq” adlandırıb.

Xatırladaq ki, bir neçə gün öncə Britaniya, Almaniya və Fransa liderləri ortaq bəyanat yayaraq, İranın nüvə fəaliyyətindən narahat olduqlarını, İsrailin özünü müdafiə etmək hüququnu tanıdıqlarını və tərəfləri eskalasiyadan çəkinməyə çağırmışdılar.(Musavat.com)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor